Melisa Şenolsunun test nəticələri bilindi

Melisa Şenolsunun test nəticələri bilindi
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa Melisa Şenolsun qan və sidik analizlərinin mənfi, saç nümunəsinin isə müsbət nəticə verdiyini bildirib. Şenolsun hər hansı narkotik və ya stimullaşdırıcı maddədən istifadə etmədiyini vurğulayıb.

Sfera.az xəbər verir ki, o, sosial media hesabında yayılan xəbərləri üzüntü ilə izlədiyini qeyd edərək, aparılan müayinələr zamanı qan və sidik nümunələrində heç bir müsbət nəticə aşkarlanmadığını, saç nümunəsində isə müsbət göstəriciyə rast gəlindiyini bildirib.

Şenolsun narkotik və ya stimullaşdırıcı maddə istifadə etmədiyini bir daha açıq şəkildə bəyan edib. O, qan və sidik analizlərinin mənfi olmasına baxmayaraq, saç nümunəsindəki nəticənin yenidən araşdırılmasının vacib olduğunu bildirib.

Aktrisa bu məqsədlə vəkili vasitəsilə aidiyyəti hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət edəcəyini açıqlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR