Bülent Ersoyun 42 il əvvəl qucağında olan körpənin kimliyi məlum oldu

Kateqoriya məlum deyil
T
Türkiyənin məşhur sənətçisi Bülent Ersoyun 1984-cü ildə çəkilən “Acı Ekmek” filmində rol tələbiylə qucağına aldığı və əmizdirdiyi körpənin illər sonrakı görüntüsü sosial mediada gündəm olub.
Sfera.az xəbər verir ki, filmdə Ersoyun qucağında olan körpənin kimliyi uzun illər sonra məlum olub. Həmin körpənin böyüdükdən sonra musiqi dünyasına daxil olan Serkan Eruysal olduğu ortaya çıxıb.
Aradan keçən 42 ildən sonra Eruysalın həyat hekayəsi də diqqət çəkib. O, karyerasının bir hissəsini Rumıniyada davam etdirib və rumıniyalı müğənni Alexa Niculae ilə birgə layihəyə imza atıb.
Onu da qeyd edək ki, Eruysalın illər sonrakı görüntüsü sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Mənsumə


Açar sözlər:






