Həmkarını fotolardan sildi
Kateqoriya məlum deyil
Antalyada keçirilən COP31 Qlobal İqlim Sammitinə qatılan türkiyəli aktyor Ekin Koç tədbirdən çəkilmiş fotolarını "Instagram” hesabında paylaşıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun həmin kadrlarda yanında olan həmkarı Alp Navruzu fotolardan sildiyi məlum olub.
Sosial şəbəkə istifadəçiləri bu addımı Ekin Koçun serialdakı tərəf-müqabili Ayça Ayşin Turanla olan yaxınlığı ilə əlaqələndirib.
Qeyd edək ki, Ayça Ayşin Turan bir müddət əvvəl Alp Navruzla sevgi münasibəti yaşayıb və cütlüyün münasibəti təxminən 1 il davam edib. Ekin Koç və Ayça Ayşin Turan hazırda "Muhtemel Aşk” serialında baş rolları paylaşır.







