"Bu ilin sonuna qədər evlənəcəyik" - Derya Uluğ

Kateqoriya məlum deyil
T
Türkiyəli müğənni Derya Uluğ ötən gecə Şimali Kiprdə yerləşən otellərdən birində səhnəyə çıxıb. 10 ildir birlikdə olduğu musiqiçi Asil Gök ilə nişanlı olan sənətçi konsertdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sfera.az xəbər verir ki, toy hazırlıqlarının tamamlandığını deyən məşhur müğənni bütün planlarının qətiləşdiyini, il sonuna qədər evlənəcəklərini bildirib.
Uluğ nişanlısı Asil Gökün son mahnısının uğurundan da söz açıb. Müğənni mahnının müxtəlif şəhərlərdə böyük maraqla qarşılandığını bildirib:
“Getdiyimiz hər şəhərdə mahnı səslənməyə başlayan kimi dinləyicilər dəli olurlar. Bu il Asilin ili oldu. Şübhəsiz ki, gözləməyə dəyərdi”.
İradə Elsevər






