1 il sonra barışdılar

Kateqoriya məlum deyil
T
Xalq artisti Faiq Ağayev və aparıcı Zümrüd Bədəlova arasında bir müddət əvvəl qalmaqal yaşanmışdı.
Sfera.az xəbər verir ki, oğlu ilə bağlı suala əsəbiləşən Faiq Ağayev aparıcıya sərt reaksiya göstərərək onun verilişinə bir daha dəvət olunmamasını istəyib.
Ötən gün isə müğənni və aparıcı məclislərdən birində qarşılaşıblar. Bir il davam edən küsülülükdən sonra tərəflər barışıblar.
Zümrüd həmin anları sosial media hesabında paylaşaraq bu sözləri yazıb:
“1 illik incikliyin barışığını səhnədə qeyd etdik. Bizim birlikdə illərimiz var. Nə az, nə çox - 25 il... Mənim həyatımdakı rolu böyükdür sənətkarımın”.






