Logo

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı müğənni Maykl Ceksonun bacı və qardaşları ilə birlikdə anası Ketrin Ceksona hədiyyə etdiyi “Rolls-Royce” satışa çıxarılıb.

Sfera.az xəbər verir ki, gümüşü rəngli avtomobil 1984-cü ildə alınıb. Hazırda maşın Kaliforniyada yerləşən “Monza Car” dileri tərəfindən hərraca çıxarılıb.

Şirkətin məlumatına görə, “Rolls-Royce Silver Spur” ideal vəziyyətdədir. Avtomobilin mühərriki və idarəetməsi əla vəziyyətdədir, bütün sənədləri mövcuddur. Maşının hazırkı sahibi onu 1999-cu ildə əldə edib.

Avtomobillə birlikdə Ketrin Ceksonun adına hazırlanmış fərdi dövlət nömrə nişanı da təqdim olunur. “Rolls-Royce Silver Spur”un təxmini dəyəri 49 min 35 dollar təşkil edir.

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı — foto 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR