Kardaşyanda ölümcül xəstəlik aşkarlanıb

Kardaşyanda ölümcül xəstəlik aşkarlanıb
Kateqoriya məlum deyil
T

Tanınmış model Kim Kardaşyan səhhəti ilə bağlı açıqlamasıyla gündəmə gəlib.

Sfera.az xəbər verir ki, 45 yaşlı Kim yeni mövsümü yayımlanacaq “Kardaşyanlar” ailə realiti-şousunun treylerində xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Realiti-şou ulduzuna ezofagit - qida borusunda şişkinlik və iltihabla müşayiət olunan xəstəlik diaqnozu qoyulub. Treylerdə Kimin xəstəxanada müayinədən keçdiyi anlar əks olunub.

Verilişin prodüseri isə Kimin atasının da eyni xəstəliklə əlaqəli xərçəngdən vəfat etdiyini xatırladıb. “Atan da bundan ölməmişdi” sualına Kim “Bəli” cavabını verib.

Kimin anası Kris Cenner isə qızının xəstəxanaya yerləşdirilməsinə münasibət bildirərkən emosiyalarını gizlədə bilməyib:

“Mən bacarmıram, ağlamaq istəyirəm”.

Qeyd edək ki, müalicə olunmadığı təqdirdə ezofagit Barrett sindromuna, daha sonra isə bədxassəli şişə çevrilə bilər. Kimin atası Robert 2003-cü ildə məhz qida borusu xərçəngindən vəfat edib. Onun 59 yaşı olub.\\axsam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR