Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO

Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
Kateqoriya məlum deyil
T

Sosial şəbəkədə "hemistyle” adı ilə tanınan bloger Həmidə Səlimova Naxçıvanda yerləşən "Əshabi-Kəhf" ziyarətgahından etdiyi paylaşımına görə tənqid olunub.

Sfera.az xəbər verir ki, buna səbəb blogerin qısa donla kamera qarşısında müxtəlif pozalar verərək video çəkdirməsi olub.

Bir sıra istifadəçilər "Əshabi-Kəhf"in yalnız turistik məkan deyil, müqəddəs ziyarətgah olduğunu vurğulayaraq burada geyim və davranış qaydalarına həssas yanaşılmasının vacibliyini qeyd ediblər.

Yaranan tənqidlərdən sonra Həmidə Səlimova sözügedən paylaşıma görə üzr istəyib.\\azxeber.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR