Tanınmış rəssam vəfat etdi

Kateqoriya məlum deyil
T
Amerikalı rəssam Piter Maks vəfat edib.
Sfera.az xəbər verir ki, rəssam 88 yaşında dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmasa da illər əvvəl sənətçiyə sürətlə irəliləyən demensiya diaqnozu qoyulduğu bildirilib.
Qeyd edək ki, Maks pop-art janrında yaratdığı psixodelik əsərləri ilə tanınır. 1980-ci illərdə Maks bir sıra böyük tədbirlərin rəsmi rəssamı olub. Bunların arasında 1994-cü il futbol üzrə dünya çempionatı, "Qremmi" mükafatları və digər tədbirlər yer alırdı. O, rəssamlıq, qrafika, kollaj, parça üzərində çap, heykəltəraşlıq, video və rəqəmsal təsvirlərlə məşğul olub. 2019-cu ildə demensiya səbəbindən yaradıcılıq fəaliyyətini dayandırıb.






