Afaq Bəşirqızından danışıb kövrəldi - VİDEO

Kateqoriya məlum deyil
T
Xalq artisti Fatma Mahmudova həmkarı, Xalq artisti Afaq Bəşirqızından danışarkən kövrəlib.
Sfera.az xəbər verir ki, aktrisa öz və A.Bəşirqızının səhhətində olan problemi xatırlayıb.
“İstedadlı sənətkarlarımız var. Heç kimə xəstəlik arzulamıram. Özüm də xəstəyəm, istəmirəm kimsə xəstələnsin. 32 ildir Musiqili Teatrda çalışıram. Afaq Bəşirqızına deyirəm ki, səhnəmizdən əskik olma. Yaxşıdır, amma demək istəyirəm ki, istəmirəm kimsə xəstə olsun. Tamaşaçının bizə, Afaq xanıma ehtiyacı var. Heç nə etməsin, səhnədə dayansın, heç nə deməsin, o da böyük işdir" deyə, aktrisa əlavə edib.






