Qala gecəsində iki aktrisa arasında gərginlik yaşandı

Kateqoriya məlum deyil
T
Tuba Büyüküstün və Derya Pınar Akın baş rollarını paylaşdığı “Sultana” filminin qala gecəsində iki aktrisa arasında yaşanan soyuqluq diqqət çəkib.
Sfera.az xəbər verir ki, Derya Pınar Ak jurnalistlərə müsahibə verdiyi vaxt Tuba Büyüküstün yanına gəlib.
Bu zaman Akın “Mən çıxım” deyərək müsahibəni yarımçıq saxladığı və ərazidən uzaqlaşmaq istədiyi bildirilib.
Hadisə zamanı Tuba Büyüküstünün gərgin üz ifadəsi və iki aktrisa arasındakı məsafəli münasibət diqqətdən yayınmayıb. Qala gecəsində yaşanan bu anlar gecənin ən çox müzakirə olunan hadisələrindən biri olub.
İradə Elsevər
Açar sözlər:






