Kadir İnanırın vəsiyyətinin açıqlanması təxirə salındı

Kadir İnanırın vəsiyyətinin açıqlanması təxirə salındı
Kateqoriya məlum deyil
T

Türkiyəli aktyor Kadir İnanırın vəfatından sonra vəsiyyətnaməsinin açıqlanacağı bildirilsə də, proses təxirə salınıb.

Sfera.az xəbər verir ki, aktyorun vəkili Beykoz Məhkəməsində açıqlama verərək vəsiyyətnamənin dekabrın 17-də açıqlanacağını bildirib. Buna səbəb kimi üç vərəsəyə hələ rəsmi bildiriş göndərilməməsi göstərilib.

"Hürriyet"in yaydığı məlumata görə, Kadir İnanır son vəsiyyətnaməsində sərvətinin böyük hissəsini 27 illik həyat yoldaşı Jülide Kurala vəsiyyət edib. İddialara əsasən, vəsiyyətnamədə Kuralın İnanırdan əvvəl vəfat etməsi halında aktyorun sərvətinin insan hüquqları təşkilatları və təhsil müəssisələri arasında bölüşdürülməsi şərti də yer alıb.

Bundan sonra İnanırın qardaşı və bacısı uşaqlarının məhkəməyə müraciət etməyə hazırlaşdıqları barədə məlumatlar yayılıb. Bildirilir ki, aktyorun 11 bacı-qardaşından yalnız biri sağdır və ümumilikdə 28 qanuni vərəsəsi var.\\axsam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR