"Falçı psixoloqlardan olmaq istəmirəm"

"Cəmiyyətdə həm də vacib məsələlərdən biri ictimai yerdə özümüzü necə aparmalıyıq məsələsidir. Bir neçə dəfə olub, diqqətimi çəkib. Əvvəl düşündüm şişirdirəm. Sonra gördüm yox, doğrudan şişirdiləsi məsələdir. Biri gedir və telefonla danışır: bunun içində qeyri-etik sözlər, aqressiya, əsəb var".
Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Elnarə Təhməzova paylaşdığı videoda deyib. Aparıcı küçədə hündür səslə danışan insanlara səslənib:
"Kənardan yaşlı insan, məktəbli, abırlı biri gedir. Fərqi yoxdur - qadın və ya kişi, davranışına və danışığına görə məsuliyyət daşımalıdır. Cəmiyyət insanlardan ibarətdir. İnsan buna diqqət etməzsə, biz sağlam cəmiyyətdən söhbət edə bilmərik. Həmin insanlar hansısa qurumda, məktəbdə, şirkətlərdə və universitetlərdə çalışırlar.
Demirəm, bunu edən savadsız, mədəniyyətsiz, tərbiyəsizdir. Elə işində-gücündə olan insandan da aqressiv kəlmə çıxır".
Bu il universitetə qəbul olan və psixologiya üzrə təhsil almağa hazırlaşan E.Təhməzova "Hələ illərin təcrübəsi ilə formalaşan müəllimlərimlə tanış olmamışam. Olanda öyrəndiklərimi sizinlə bölüşəcəyəm. Falçı psixoloqlardan olmaq istəmirəm. Bununla bağlı istəklərim var. Bunu öz enerjimə sığınaraq gözəl qaydada təqdim edəcəyəm” deyə, əlavə edib.\\axsam.az






