Məşhur müğənninin oğlu universiteti fərqlənmə ilə bitirdi - FOTO

Məşhur türkiyəli müğənni Ferhat Göçerin 20 yaşlı oğlu Can Göçer Londonda universitet təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Sfera.az xəbər verir ki, sənətçi oğlunun uğurunu sosial şəbəkə hesabında paylaşaraq sevincini ifadə edib. Ferhat Göçer bildirib ki, oğlu Can London Universitet Kollecində (UCL) İqtisadiyyat üzrə təhsilini birinci dərəcəli fərqlənmə diplomu ilə tamamlayıb. “Oğlum Can London Universitet Kollecini İqtisadiyyat üzrə birinci dərəcəli fərqlənmə diplomu ilə bitirdi. Bir ata üçün qürurverici gündür.
Nə qədər sevindiyimi ifadə edə bilmirəm. Xoş arzularına və təbriklərinə görə bütün dostlarıma təşəkkür edirəm”, – deyə müğənni qeyd edib. Qeyd edək ki, Can Göçer UCL-də “İqtisadiyyat və siyasət” ixtisası üzrə təhsil alıb. O, növbəti mərhələdə təhsilini “London İmperial Kolleci”ndə iqtisadiyyat üzrə magistr proqramında davam etdirəcək.
Firuz








