Seda Sayan Çağlar Ökteni sevdiyini deyib

Məşhur müğənni Seda Sayan dünən Harbiye Açıqhava səhnəsində konsert verib. Sayan konsertdən əvvəl kulisdə jurnalistlərin suallarını cavablandırıb və həyat yoldaşı Çağlar Öktenə olan sevgisini bir daha dilə gətirib.
Sfera.az xəbər verir ki, müğənni daha əvvəl birlikdə mahnı ifa etdiyi Tekiri də səhnəyə dəvət edib.
İkilinin çıxışı böyük alqışlarla qarşılanıb və mahnı ard-arda iki dəfə səsləndirilib.
Konserti Demet Şener, Ebru Destan, Burak Sergen, Eylül Ersöz və Seyhan Sapmaz kimi məşhur simalar da ön sıradan izləyib. Sayan gecə zamanı “Məni heç kimlə qarışdırmayın, mənim analoqum yoxdur. Türkiyə Cümhuriyyətində analoqu olmayan qadın mənəm” deyərək zarafat edib. Jurnalistin “Özünüzü qadınlığın simvolu hesab edirsiniz?” sualına cavab verən Sayan, “Xeyr, mən matruşka kimi qadınam. İçimdə bir neçə fərqli xüsusiyyət var. Mənim yalnız bir dişil tərəfim yoxdur, erkək tərəfim də var” deyib.
Həyat yoldaşı Çağlar Ökten haqqında danışan Sayan, “Çağlar çox dəyərli bir insandır. Beşinci ilimizi geridə qoyduq, Allah nəzərdən qorusun. Yaxşı ki deyirəm, yaxşı ki Çağlar var. Çox sevirəm” sözlərini söyləyib.
Sayanın bu sözlərindən sonra Çağlar Öktenin həmin anlarda gözlərinin dolduğu görülüb. Seda Sayan İlayda Alişanla sevgili olan oğlu Oğulcan Enginə də evlənməsi ilə bağlı çağırış edib və “Ayıbdır, artıq evlənin deyirəm” söyləyib.
İradə Elsevər






