Faiq Ağayev 35 ildən sonra etiraf etdi

Faiq Ağayev 35 ildən sonra etiraf etdi
Kateqoriya məlum deyil
T

Xalq artisti Faiq Ağayev 1991-ci ildən bəri ictimai nəqliyyatdan istifadə etmədiyini bildirib.

Sfera.az xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan ifaçı sonuncu dəfə Yeni il bayramından sonra, 1991-ci il yanvarın 3-də istifadə etdiyini deyib.

Faiq Ağayev qeyd edib ki, həmin dövrdə mobil telefon və fotoaparat olmasa da, Yeni il gecəsi AzTV-də ifa etdiyi mahnıdan sonra tanınmağa başlayıb:

“Xalq artisti Eldar Mansurovun mənim üçün yazdığı “Ola bilməz” mahnısını oxumağa çıxmışdım. Allah can sağlığı versin, Nazim Məlik Zeynalov. Sovet zamanında bütün Yeni il gecələrini o çəkirdi. O məni elə bir zamana salmışdı ki, Yeni il gecəsində hamı baxdı və səhər bütün Azərbaycanda məşhur oldum”.

Faiq Ağayev ən böyük arzularından birinin bundan sonra metroya qayıtmaq olduğunu ifadə edib./yenisabah

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR