Kommunal borca görə məhkəməyə verildi

Kommunal borca görə məhkəməyə verildi
Kateqoriya məlum deyil
T

Rusiyada məşhurlaşan Azərbaycan əsilli reper Navai (Nəvai Bəkirov) kommunal borca görə məhkəməyə verilib.

Sfera.az xəbər verir ki, “Odinçovskaya Teploset” şirkəti reperdən yaşayış sahəsi, elektrik enerjisi və istilik xərclərinə görə ödəniş tələb edib.

Məhkəmə iyulun 3-də müvafiq qərar qəbul edib, avqustun 13-də isə qərarın icrasına başlanılıb.

Məhkəmə icraçıları tərəfindən reperə qarşı sentyabrın 1-də icra işi açılıb. Məlumata görə, Navaidən qaz, istilik və elektrik enerjisi üzrə 72 min rubldan (təxminən 1449 manat) çox borc tutulacaq.

Qeyd edək ki, daha əvvəl müğənni Filip Kirkorovdan da kommunal xidmətlərə görə 25 min rubldan çox vəsait tutulması barədə məlumat yayılıb.\\axsam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR