Logo

“Aşk-ı Memnu”nun aktyoru peşəsini dəyişdi

“Aşk-ı Memnu”nun aktyoru peşəsini dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Aşk-ı Memnu" serialında Bülent obrazını canlandıraraq tanınan türkiyəli aktyor Batuhan Karacakaya peşə həyatında dəyişiklik edib.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi aktyorluq fəaliyyətindən uzaqlaşaraq memarlıq sahəsində işləməyə başlayıb.

2020-ci ildə memarlıq fakültəsini başa vuran Karacakaya hazırda atasına məxsus şirkətdə çalışır. O, Birol Karacakayanın rəhbərlik etdiyi şirkətdə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Batuhan Karacakaya "Aşk-ı Memnu" ilə yanaşı, "Diriliş Ertuğrul" və "Umutsuz Ev Kadınları" seriallarında da rol alıb. Aktyor, həmçinin bir neçə dəfə "Survivor" yarışmasının iştirakçısı olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR