Ölümlə üz-üzə qalmışdı: Oktay Çubuk səhhəti barədə danışdı

Ölümlə üz-üzə qalmışdı: Oktay Çubuk səhhəti barədə danışdı
Kateqoriya məlum deyil
T

Türkiyəli aktyor Oktay Çubuk bir neçə ay əvvəl Portuqaliyanın paytaxtı Lissabonda keçirdiyi ağır ürək tutmasından sonra səhhəti ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, 30 yaşlı aktyor anasının işi ilə əlaqədar Lissabonda olduğu vaxt qaldığı hoteldə qəfil halı pisləşib.

Onun ürəyinin dayandığı müəyyənləşdirilib və ilk tibbi müdaxilə hotelin idman zalında həyata keçirilib.

Çubuk xəstəxanaya aparılıb və bir müddət reanimasiya şöbəsində müalicə olunub. Daha sonra vəziyyəti yaxşılaşan aktyorun reanimasiyadan çıxarılaraq palataya köçürüldüyü bildirilib.

Müalicəsini başa vurduqdan sonra evə buraxılan Çubuk sosial media hesabında yaşadığı ağır günlərlə bağlı paylaşım edib.

Aktyor açıqlamasında Lissabonda ürəyinin dayandığını və həkimlərin sözlərinə görə, qısa müddətlik həyatını itirdiyini bildirib. O, həmin dövrdə yanında olan ailəsinə, dostlarına və ona dəstək mesajları göndərən hər kəsə təşəkkür edib:

“Hazırda əvvəlki kimi olmasam da, yaxşıyam. Artıq əvvəlki həyata qayıtmağa başlamışam. İdman edirəm və sağlam yaşamağa çalışıram. Ürəyimə bir cihaz yerləşdirilib ki, belə bir hal yenidən baş verərsə, işə düşsün. Artıq bu prosesi geridə qoyduğumu deyə bilərəm. Hazırda hər hansı müalicə almıram. Ailəm və dostlarım hər zaman yanımda oldular”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR