Bergüzar Korel 44 yaşını belə qeyd etdi - FOTOLAR

Kateqoriya məlum deyil
T
Türkiyənin məşhur aktrisası Bergüzar Korel 44-cü doğum gününü həyat yoldaşı Halit Ergenç və yaxın dostlarının iştirakı ilə təşkil olunan məclislə qeyd edib.
Sfera.az xəbər verir ki, aktrisanın özəl günündə həyat yoldaşı ilə yanaşı Esra Ruşen, Esra Erol, Merve Dizdar, Melisa Doğu, Engin Hepileri, Beyza Şekerci və Onur Büyüktopçu kimi məşhur dostları da onu tək qoymayıb.
Doğum günü tortunun qarşısına keçən Korel arzu tutaraq şamları üfürüb. O, yeni yaşı ilə bağlı “İnşallah, çox sağlam, bərəkətli, xoşbəxt və narahatlıqlardan uzaq bir il olar. Gələn il də hamımızın birlikdə olmasını nəsib etsin” - deyib.
Gecənin diqqətçəkən anlarından biri isə Bergüzar Korelin yaxın dostu Esra Ruşenlə qarşılıqlı rəqs etməsi olub.
Mənsumə








