Məşhur aktyor vəfat etdi
Kateqoriya məlum deyil
Məşhur britaniyalı aktyor, “Star Trek” və “X-Men” filmlərinin ulduzu Ser Patrik Stüart vəfat edib.
Sfera.az xəbər verir ki, aktyor oktyabrın 28-də ABŞ-ın Los-Anceles şəhərində 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Patrik Stüart uzun illər teatr və kino sahəsində fəaliyyət göstərib. O, xüsusilə “Star Trek: The Next Generation” serialında kapitan Jan-Lük Pikard, “X-Men” film seriyasında isə Professor X obrazı ilə dünya şöhrəti qazanıb.
Aktyor karyerası ərzində çoxsaylı mükafatlara layiq görülüb. 2010-cu ildə Britaniya kraliçası II Elizabet tərəfindən cəngavər titulu ilə təltif edilib.






