Logo

Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya

Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə ötən ay həbs olunan sənətçi Haluk Levent "Ahbap" platformasının hesablarından milyardlarla lirənin şəxsi hesablara köçürüldüyü barədə iddialara münasibət bildirib.

Sfera.az xəbər verir ki, Levent sosial media hesabında "Bir gündə 5 milyard TL-nin "Ahbap" hesabından Yeliz Kayanın hesabına keçdiyini dediniz. Bunun ödəniş sənədi var?" - deyə yazıb.

Sənətçi "Ahbap" hesabından şəxsi hesablara milyardlarla lirə köçürüldüyü iddiasını təkzib edib. Onun sözlərinə görə, iyulun 10-da platformanın bank hesabına 140 milyon TL daxil olub. Həmin gün qızılın qiymətinin enməsi səbəbindən əlavə 6 milyon TL məbləğində qızıl alınıb.

Levent Akın Gürlekin Yeliz Kayanın hesabına bir gündə 1-5 milyard TL arasında vəsait köçürülməsi ilə bağlı açıqlamasına da toxunub. O, bu iddianı təsdiqləyən bank sənədinin açıqlanmasını tələb edib. \\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR