Sərdar Ortaçdan evliliklə bağlı diqqətçəkən açıqlama

Sərdar Ortaçdan evliliklə bağlı diqqətçəkən açıqlama
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur pop müğənnisi Sərdar Ortaç növbəti dəfə şəxsi həyatı ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Sfera.az xbər verir ki, uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan sənətçi ötən axşam səhnəyə çıxaraq sevilən mahnılarını ifa edib. Ayaq üstə dayanmaqda çətinlik çəksə də Ortaç səsi və ifası ilə pərəstişkarlarına unudulmaz anlar yaşadıb.

Konsert zamanı izləyiciləri ilə söhbət edən müğənni mövzunu yenidən başa çatan evliliyinə gətirib. Vaxtilə irlandiyalı model Xloe Loughnan ilə ailə quran, daha sonra qarşılıqlı razılıq əsasında boşanan Ortaç evlilik barədə maraqlı fikirlər səsləndirib.

“Həyatıma daxil olan bütün qadınlar sarışın olub. Bir dənə də esmer tapa bilmədim. Evlilik ağıl xəstələrinin işidir, evlənmək üçün dəli olmaq lazımdır”, – deyə o bildirib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR