"Manifest" Türkiyədən gedir

"Manifest" Türkiyədən gedir
Kateqoriya məlum deyil
T

Türkiyədə son dövrlərin ən populyar musiqi qruplarından biri olan "Manifest" karyerası ilə bağlı diqqətçəkən qərar verib.


Sfera.az xəbər verir ki, qrupun yaradıcısı və meneceri Tolqa Akış sosial şəbəkə hesabında açıqlama yayaraq bildirib ki, "Manifest" üzvləri sentyabr ayında İstanbuldakı birgə yaşadıqları evi bağlayaraq tamamilə Londona köçəcəklər.


2025-ci ildə keçirilən “Big5 Türkiye” müsabiqəsindən sonra musiqi dünyasına sürətli giriş edən və qısa müddətdə xüsusilə gənclər arasında böyük populyarlıq qazanan qrup bununla fəaliyyətində yeni mərhələyə qədəm qoymağa hazırlaşır.


Tolqa Akış qeyd edib ki, qrup hazırda qlobal miqyasda fəaliyyət göstərən bir prodüser şirkəti ilə müqavilə bağlamaq üzrədir. Onun sözlərinə görə, bu əməkdaşlıq "Manifest"in beynəlxalq musiqi bazarında daha fəal təmsil olunmasına imkan yaradacaq.


Qrupun gələcək planlarından da danışan Akış bildirib:


"Hər şeyin başlanğıcı xəyal qurmaq və çalışmaqdır. Yaxın zamanda yeni bir dövr başlayır".


Beləliklə, sentyabr ayından etibarən "Manifest" fəaliyyətini əsasən Londondan davam etdirəcək və beynəlxalq musiqi bazarında daha geniş auditoriyaya çıxmağı hədəfləyir.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR