“Sihirli Annem”in “Kerem”i ata oldu

Kateqoriya məlum deyil
T
Bir dövrün sevilən “Sihirli Annem” serialında Kerem obrazını canlandıran aktyor Michele Cedolin ata olub.
Sfera.az xəbər verir ki, aktyorun həyat yoldaşı İrem Doğan cütlüyün ilk övladını dünyaya gətirib. Cütlük oğullarına Aslan Nicola adını verib.

Michele Cedolin övladı ilə ilk səyahətindən çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşaraq duyğularını bu sözlərlə ifadə edib:
“Oğlum, bu, səninlə ilk səyahətimizdir. Şahzadəm, şahzadəm, paşam, aslanım… Allah mənə sənə yaxşı ata olmağı nəsib etsin. Nico ilə Mico-nun macəralarına hazır olun.”

Aktyorun paylaşımı qısa zamanda sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İzləyiciləri cütlüyü təbrik edərək balaca Aslan Nicola üçün xoş arzularını çatdırıblar.
Mənsumə






