Özge Özpirinçci Kübranın iddialarına cavab verdi

Türkiyəli aktrisa Özge Özpirinçci haqqında səsləndirilən ittihamlara ilk dəfə münasibət bildirib.
Sfera.az xəbər verir ki, “Kadın” serialında birlikdə rol aldığı Kübra Süzgünün iddialarından sonra uzun müddət susqun qalan sənətçi sosial şəbəkədə paylaşım edərək səssizliyinin səbəbini izah edib.
Özpirinçci bildirib ki, bu müddət ərzində mövzu ilə bağlı açıqlama verməməsinin əsas səbəbi azyaşlı bir uşağın daha çox zərər görməsinin qarşısını almaq olub:
“Uzun müddətdir heç bir əlaqəm və ya iştirakım olmadığı halda bu məsələyə cəlb olunmuşam. Kiçik bir qız uşağını qorumaq və daha çox zərər görməsinin qarşısını almaq üçün susmağa üstünlük verdim”.
Aktrisa qeyd edib ki, onun barəsində səsləndirilən iddiaların heç biri həqiqəti əks etdirmir. O, hüquqlarının qorunması məqsədilə artıq lazımi müraciətlərin edildiyini və hüquqi prosesin başladığını açıqlayıb. Özpirinçci əlavə edib ki, davam edən məhkəmə prosesi səbəbindən bundan sonra mövzu ilə bağlı əlavə açıqlama verməyəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl “Kadın” serialında “Nisan” obrazını canlandıran Kübra Süzgün yayımladığı videoda göz yaşları içində Özge Özpirinçciyə və onun tövsiyə etdiyi vəkillə bağlı ciddi ittihamlar səsləndirmişdi. Gənc aktrisa özünün və ailəsinin uzun illərdir çətin vəziyyətlə üzləşdiyini iddia edib. Hazırda tərəflər arasında məsələ hüquqi müstəvidə davam edir.\\axsam.az






