Logo

Meymun mağazanı alt-üst etdi

Meymun mağazanı alt-üst etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tennessi ştatının Morristaun şəhərində musiqi mağazasında qarışıqlıq yaradan Çester adlı kapuçin meymunu nəhayət ələ keçirilib.

Sfera.az xəbər verir ki, meymun polis və mühafizəçilərdən dəfələrlə qaçsa da, kreker və su ilə aldadılaraq yerli sakin tərəfindən tutulub. Adam İvey adlı sakin Çesteri taparaq polis gələnə qədər ona qəlyanaltı verib.

Ticarət mərkəzi meymunun mağazada gəzdiyi, kreker yediyi və nadinclik etdiyi şirin fotoları paylaşıb. Məlumata görə, Çester gecə saatlarında mağazaya kiçik heyvan qapısından daxil olub.

Qeyd edək ki, “RooFeathers Farm” təsərrüfatı meymunun oğurlandığını və ehtimal ki, qaçdığını bildirib.

Morristown Polis Departamenti hadisə ilə bağlı araşdırma aparır.

Aynil

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR