Mətanət Əsədova etiraf etdi: “Biləcəridən o tərəfə istirahətə keçməmişəm”

Mətanət Əsədova etiraf etdi: "Biləcəridən o tərəfə istirahətə keçməmişəm"
Kateqoriya məlum deyil
T

Müğənni Mətanət Əsədova rayonlarda və xaricdə istirahət edə bilmədiyini bildirib.

 

Sfera.az xəbər verir ki, sənətçi bu barədə "Həmin Zaur" verilişində danışıb.

 

O vurğulayıb ki, indiyə qədər həm ölkə daxilində, həm də xaricdə yalnız toy və tədbirlər üçün səfər edib:

 

"Ən böyük istəklərimdən biri İspaniya və Hindistanda dincəlməkdir. Amma düzünü desəm, hələlik Biləcəridən o yana keçib istirahət edə bilməmişəm. Rayonlarda və xaricdə ancaq el şənliklərində olmuşam. Azərbaycanın bölgələrində belə bir gün də olsun istirahət etmək qismətim olmayıb. Hələ o bəxt mənə gülümsəməyib".

PAYLAŞ