Qazaxıstanın “Avroviziya 2026”ya qatıla bilər

Qazaxıstanın “Avroviziya 2026” mahnı müsabiqəsinə qoşulma ehtimalı heç olmadığı qədər yüksəlib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin dövlət kanalı “Khabar Agency” məlumat yayıb. Agentliyin açıqlamasına görə, Qazaxıstanın yarışa qatılması ilə bağlı danışıqlar pozitiv istiqamətdə davam edir və rəsmi qərarın yaxın aylarda açıqlanacağı gözlənilir.
Qeyd edilib ki, son illərdə ölkənin Avroviziya ilə bağlı marağı artıb və “Khabar Agency” müsabiqənin Asiya regionunda rəsmi tərəfdaşı kimi fəaliyyət göstərir. Bu isə Qazaxıstanın yarışda debüt etməsini daha real edir. Məsələ ilə bağlı hələlik Avropa Yayım Birliyindən (EBU) rəsmi təsdiq verilməsə də, “Khabar Agency”-nin məlumatına əsasən, proses müsbət yöndə irəliləyir.
Qeyd edək ki, Qazaxıstan torpaqlarının müəyyən hissəsi Avropa qitəsinin hüdudları daxilində yerləşir.
Niyaz Hacıyev
Sfera.az
