Yeni format, yeni iştirakçı - “Survivor 2026”nın növbəti yarışmaçısı bəlli oldu

Kateqoriya məlum deyil
T
Məşhur aktrisa Seren Ay Çetin, “Survivor 2026” yarışmasının “Ünlüler&Gönüllüler” heyətinə daxil olub.
Sfera.az xəbər verir ki, bu barədə proqramın aparıcısı və rəhbəri Acun Ilıcalı rəsmi Instagram hesabında məlumat verib.
Qeyd edək ki, yarışmanın formatında da dəyişiklik edilib. Əvvəllər paylaşımlarda “Ünlüler & All Star” kimi tanınan format bu dəfə dəyişərək “Ünlüler&Gönüllüler” adlandırılıb.
Beləliklə, izləyicilər həm yeni formatı, həm də Seren Ay Çetinin iştirakını maraqla izləyəcəklər.
Niyaz Hacıyev
Sfera.az






