Acun İlıcalı “Survivor 2026”nın yeni iştirakçısını açıqladı - FOTO

Acun İlıcalı "Survivor 2026"nın yeni iştirakçısını açıqladı - FOTO
Kateqoriya məlum deyil
T

“Survivor 2026” yarışmasının “All Star” heyəti formalaşmaqda davam edir.


Sfera.az xəbər verir ki, layihənin aparıcısı və yaradıcısı Acun İlıcalı növbəti iştirakçının adını sosial media hesabında açıqlayıb.


İndiyədək Bayhan, Dilan Çıtak, Keremcem, Mert Nobre, Serhan Onat, Meryem Boz və Murat Arkın kimi məşhur adların yarışmada yer alacağı rəsmən təsdiqlənmişdi. Acun İlıcalı bu dəfə yarışmanın səkkizinci iştirakçısını təqdim edib.

Televiziyaçı paylaşımında aktyor və model Deniz Çatalbaşın “Survivor 2026” Məşhurlar & All Star komandasına daxil olduğunu bildirib. Acun İlıcalı açıqlamasında “Sevgili Deniz Çatalbaş Survivor 2026 Ünlülər & All Star kadrosuna daxil oldu. Kendisinə ürəkdən uğurlar arzulayıram”, – sözlərinə yer verib.


Beləliklə, “Survivor 2026”nın məşhurlar heyətinə yeni bir ad daha qoşulub və yarışmanın startı ərəfəsində gözlənti artır.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR