Dünyanın ən gözəl 10 qadını – FOTO

Londonda fəaliyyət göstərən Üz Estetikası və Plastik Cərrahiyyə Mərkəzi məşhurların üz quruluşunun antik yunanların “qızıl nisbət” kriteriyalarına uyğunluğunu araşdırıb. Mərkəzin estetik mütəxəssisi Dr. Culian De Silva tərəfindən aparılan ölçümlər nəticəsində amerikalı aktrisa Emma Stone dünyanın ən gözəl qadını elan edilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmada üzün simmetriyası, qaş-burun-dodaq nisbəti, gözlərin açıqlığı, alın ölçüləri və digər antropometrik göstəricilər qiymətləndirilib.
Dr. De Silva açıqlamasında bildirib ki, Emma Stone üzün bütün elementləri üzrə “fiziki mükəmməlliyə” ən yaxın məşhur kimi müəyyən edilib.
Qədim yunanların istifadə etdiyi qızıl nisbət, yəni ideal üz proporsiyası prinsipləri əsasında aparılan araşdırmada Zendaya, Marqot Robbie, Beyonce kimi bir çox dünya ulduzu qiymətləndirilib.
Mütəxəssis qrupunun müəyyən etdiyi ilk 10-luq belədir:
Emma Stone
Zendaya
Freida Pinto
Vanessa Kirby
Cenna Orteqa
Olivia Rodriqo
Aişvarya Rai Baççan
Tanq Vei
Marqot Robbie
Beyonce
Araşdırma dünya mediasında geniş müzakirələrə səbəb olub. Ekspertlər bildirirlər ki, qızıl nisbət elmi ölçü metodları təqdim etsə də, gözəllik anlayışı yenə də subyektiv olaraq qalır.
Bəsti Rəfizadə
Sfera.az
























