Məşhur müğənni sevgilisindən ayrılır - İDDİA

Türkiyəli məşhur müğənni İrem Dericidən gözlənilməz addım gəlib. Bir müddət əvvəl nişanlanan və evlilik hazırlığı gördüyü bildirilən sənətçi, sosial media hesabında nişanlısını izləmədən çıxarıb və birlikdə olan fotolarını silib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, cütlük ayrılıb.
Lakin hələlik İrem Derici və sevgilisi tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Müğənni bir neçə gün əvvəl sevgilisi ilə “Qalatasaray” komandasının oyununu izləmək üçün getdiyi Amsterdamda tanımadığı şəxslərlə mübahisə edib. Derici hadisə ilə bağlı sosial media hesabında paylaşım edərək belə yazıb:
“Oyunu izləməyə gəldim, amma gedə bilmədim. Oteldə ağlayıb dayandım. Bir neçə şəxs bizə hücum elədi otelə dönərkən. Biz də özümüzü müdafiə etdik. Sonra polis bizi izləməyə başladı. Melihin üstünə gəlirdilər, mən isə vəziyyəti sakitləşdirməyə çalışdım. “Otağınıza gedin, bu axşam çıxmayın” dedilər. Hələ də çox məyus və inciyəm. Tamamilə gərəksiz idi”.
Xatırladaq ki, İrem Derici yay aylarında sevgilisindən evlilik təklifi almış və qısa müddət əvvəl nişan mərasimi keçirmişdi. Lakin müğənninin son addımı “ayrılıq” iddialarını daha da gücləndirib.
Bəsti Rəfizadə
Sfera.az






