Kanada "Avroviziya 2026"da iştirak edə bilər

Kanadanın "Avroviziya 2026" mahnı müsabiqəsində iştirak ehtimalı gündəmə gəlib.
Sfera.az xəbər verir ki, ölkə rəhbərliyi bu məsələni araşdırmaq üçün “CBC/Radio Canada” yayım korporasiyasına 150 milyon dollar büdcə ayırıb.
Qeyd edək ki, “CBC/Radio Canada” Avropa Yayım Birliyinin (AYB) ortaq üzvüdür. Bu isə o deməkdir ki, Kanada Avstraliya kimi müsabiqəyə yalnız dəvət əsasında qatıla bilər. Məlumatlara görə, “CBC/Radio Canada” hazırda iştirakla bağlı mümkün ssenariləri və maliyyə aspektlərini qiymətləndirir.
Xatırladaq ki, "Avroviziya 2026" yarışması gələn il Avstriyanın paytaxtı Vyanada keçiriləcək və artıq bir sıra ölkələr iştirak niyyətlərini açıqlayıblar. Azərbaycanda “Avroviziya 2026” mahnı müsabiqəsində iştirak edəcək.
Niyaz Hacıyev
Sfera.az






