Vizajisti Zərgərli və Jerard barədə: "Rozanın yerinə olsam, o uşağa..."

Vizajisti Zərgərli və Jerard barədə: "Rozanın yerinə olsam, o uşağa..."

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Jerard Qafarovun işsizlikdən və yemək almağa pul tapmamasından şikayətlənməsi ötən günlərdə gündəm olub. Ardınca Roza Zərgərli də "Instagram" hesabında paylaşım edərək qeyd edib ki, Jerard dilənçiliyi, xalqa müraciəti daha üstün tutur, nəinki iş görməyi. Sözügedən məsələ ətrafında söz-söhbətlər isə hələ də davam edir.

 

Sfera.az bildirir ki, Zərgərli bu dəfə öz sosial media hesabında vizajist Cəlalə Mənsimovanın da fikirlərini bölüşüb. Belə ki, Mənsimova izləyicilərin “Roza xanım niyə övladlarını kömək etmir?” sualını cavablandırıb.

 

O, fikrini bu cür ifadə edib:

 

“Heç kimin evinin içini bilmədən fikir bildirmək düzgün deyil. Şəxsən mən o uşaqlara edilənlərin şahidiyəm. Öz adıma danışıram, əgər mən uşaqlar evində olsa idim, məni kimsə sahiblənsə idi, o adamdan möhkəm yapışardım, ona heç vaxt hörmətsizlik, diqqətsizlik etməzdim. Veriliş çəkdiyimiz ərəfədə bir proses oldu və onda mən Roza xanıma dedim ki, bundan sonra o uşaqlara salam versəniz, bu sizin ürəyinizin böyüklüyündəndir. Şəxsən mən Cəlalə, bu prosesdən sonra həyatım boyu o uşaqlara salam verib qapımı belə açmazdım. Bildiyiniz, bilmədiyiniz nüanslar var... Bakı şəhərində ən böyük problem evsizlikdir. Əgər evin varsa, dolanmaq çox asandır, bir tikə çörək tapmaq çətin bir şey deyil”.

 

Xatırladaq ki, Jerard Qafarov sosial media hesabında "4-5 gündür ki, işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm" yazıb.

 

Roza Zərgərlinin onunla bağlı paylaşımından sonra isə övladlığa götürülmədiyini vurğulayıb:

 

“Roza xanımla uşaq evində tanış olmuşam. Evinə qonaq getmişəm, bayramdan-bayrama görüşmüşük. Ayda-ildə bir dəfə cibimə xərcliyə pul qoyub. Bu yardım kiminsə həyatını dəyişəcək gücdə deyil. Onun mənə daim dəstək olması ilə bağlı cəmiyyətdə yanlış fikir yaranıb. Elə bir situasiya olsa, son paylaşımı etməzdim. Roza xanımla əlaqəm yoxdur, 4 ilə yaxındır ki, uzaq yaşayıram. Məni heç kim övladlığa götürməyib. Elə bir şey yoxdur. Uşaq evi qeydiyyatındayam. Roza xanım paylaşım edib ki, guya, mən dilənçilik edirəm. Xeyr, elə deyil. Dilənçilik etmirəm, insanlardan dəstək istəyirəm. Pul almaq bir-iki dəfə olur, yalnız iş istəyirəm”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR