Flora Kərimova Ülviyyə Alovluya QALİB GƏLDİ: "Haqlı zəfərimlə..." - FOTO

Flora Kərimova Ülviyyə Alovluya QALİB GƏLDİ: 

Xalq artisti, müğənni Flora Kərimova məhkəmədə jurnalist Ülviyyə Alovluya qalib gəlib.

 

Sfera.az bildirir ki, bu barədə müğənni özü paylaşım edib.  

 

Kərimova qeyd edib ki, Apellyasiya Məhkəməsində onun Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb və lehinə qərar verilib:

 

“Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikcisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var”.

 

Xatırladaq ki, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlanılmışdı. Jurnalist bir müddət əvvəl sosial şəbəkə hesabında “Flora Kərimova Apellyasiya Məhkəməsində növbəti dəfə uduzdu” paylaşımını etmişdi.

 

Türkan 

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...