Logo

“Artıq küçədə danışmayacam” – Hülya Avşarın jurnalistlərə etirazı

“Artıq küçədə danışmayacam” – Hülya Avşarın jurnalistlərə etirazı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli müğənni və aktrisa Hülya Avşar jurnalistlərlə yaşadığı gərgin anlarla gündəmə gəlib. İfaçı görüntülənmək istəmədiyini açıq şəkildə ifadə edərək müxbirlərə etiraz edib.

Sfera.az xəbər verir ki, sıx konsert proqramına davam edən və idman fəaliyyətini də davam etdirən Hülya Avşar ötən gün İstanbulun Yeniköy sahilində iti Güllü ilə gəzinti zamanı kameralara tuş gəlib.

Jurnalistlərin onu görüntülədiyini görən sənətçi üzünü əli ilə gizlətməyə çalışıb.

Kameralardan yayınmaq istəyən Avşarın narazı davranışı diqqətdən qaçmayıb. O, jurnalistlərə müraciət edib:

“Artıq küçədə ayaqüstü danışmayacağam, xəbəriniz olsun”, – o bildirib.

Sənətçinin bu sözləri ətrafda olanların da diqqətini çəkib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR