Logo

Hind aktyoru fanatları ilə görüşə gülləkeçirməz kabinədə gəldi

Hind aktyoru fanatları ilə görüşə gülləkeçirməz kabinədə gəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hindistan kinosunun əfsanəvi aktyoru Amitabh Baççan uzun illərdir qoruduğu ənənəsini bu dəfə fərqli şəraitdə həyata keçirib.

Sfera.az xəbər verir ki, aktyor təhlükəsizlik tədbirləri çərçivəsində 42 ildir davam etdirdiyi ənənəvi görüşünü gülləkeçirməz şüşədən hazırlanmış xüsusi kabinənin arxasından keçirib. Onun bu addımı ətrafdakıların diqqətini çəkib.

Məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb oktyabr ayında aktyorun malikanəsinə bomba təhdidi ilə bağlı elektron məktubun göndərilməsi olub.

Həmin görüşdə Amitabh Baççanı oğlu Abhişek Baççan da müşayiət edib. O, atasının arxasında dayanaraq ətrafdakı izdihama nəzarət edib. Ərazidə əlavə təhlükəsizlik əməkdaşları da xidmət aparıblar.

Aktyorun onilliklərdir davam etdirdiyi ənənəni bu dəfə gülləkeçirməz kabinənin içərisindən yerinə yetirməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR