Müğənnini səhnədə yarasa dişlədi

Müğənnini səhnədə yarasa dişlədi

"Gossip Girl" serialının ulduzu Taylor Momsenin səhnədə başına iş gəlib. 

 

Sfera.az axsam.az-a istinadən xəbər verir ki, uzun müddətdir müğənnilik edən aktrisa Sevilyadakı konsertdə səhnəyə çıxıb.

 

Həmin an onun ayağına yarasa qonub. Taylor bunun fərqində olmayıb. Tamaşçıların ona nəyisə işarə etdiyini görən ifaçı ayağındakı yarasanı görüb.

 

Həmin an sakit reaksiya verən sənətçi yardım istəyib. Ona yardıma glən dostları yarasanı ayağından qopardıblar. İndi sənətçi qarşıdakı iki həftə ərzində quduzluq iynəsi vurdurmalıolacaq. 


OXŞAR XƏBƏRLƏR