Tünzalə Ağayeva “Qarabağ” futbol klubu ilə görüşdü - VİDEO

Tünzalə Ağayeva “Qarabağ” futbol klubu ilə görüşdü - VİDEO

Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlara” adlı sosial layihə çərçivəsində futbol əfsanəmiz Qurban Qurbanov və ” Qarabağ” futbol klubu ilə görüşüb. 

 

Sfera.az xəbər verir ki, layihənin əsas məqsədi uşaqların inkişafına dəstək olmaq, idmana olan həvəsi artırmaqdır.

 

Pop star görüş zamanı maraqlı anlar yaşayıb. O, həmin anları şəxsi “İnstagram” hesabında paylaşıb.

 

“Bu görüş mənim üçün unudulmaz oldu. İlk milli uşaq markamız “Şokki mokki” və Vuvuzela Medianın dəstəyi ilə Fəxri Səfiri olduğum “Kiçik addımlarla böyük uğurlara” və “Məktəbim” layihəsi çərçivəsində şirin - şəkər uşaqları ilə bərabər futbol əfsanəmiz Qurban Qurbanov və qürurumuz “Qarabağ” futbol klubu ilə görüşdük. Az qaldı, uşaq futboluna və uşaq idmanına həsr etdiyim himni fəxrlə səsləndirəcəyəm. İnanıram ki, bu görüş balacaların idmana olan həvəsini və sevgisini daha da artıracaq”.

 

Qeyd edək ki, Tünzalə Ağayeva bu yaxınlarda uşaq futboluna və idmanına həsr olunan, musiqisi özünə, sözləri isə Elnurə Nağıyevaya aid himni təqdim edəcək.

 

Fidan

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by TunzaleA (@tunzalea)

 

 

 


OXŞAR XƏBƏRLƏR