\"Arvadım ölsə, 20 yaşlı qız alacam\" - Məşhur aktyordan səs-küy yaradacaq açıqlama

\

Məşhur türkiyəli aktyor Aydemir Akbaş həyat yoldaşı ilə bağlı səs-küylü  açıqlama verib.

 

Sfera.az bildrir ki,  1964-cü ildə evləndiyi teatr aktyoru Beyhan Beneklə iki dəfə boşanıb üçüncü dəfə evlənən Akbaş “2. Sayfa” verilişinin qonağı olub. Aktyor çıxışı zamanı yaşlılarla oturub durmadığını deyib: 


“Həmişə yanımda gənc qızların olmasını istəyirəm. Əgər Beyhanla evlənməsəydim, Nebahat Çehrə ilə ailə həyatı qura bilərdim. Çox layiqli insandır. Gedin və evini gəzin! Çox təmiz, səliqəli, muzey kimidir. Amma mənim üçün də, Beyhan üçün də Nebahat Çehre dünyanın ən şanssız qadınlarından biridir... Beyhan bu açıqlamalarıma pis olmaz. Həyat yoldaşım həmişə mənə deyir ki, sən kişisən, bunu edəcəksənsə, mənim səviyyəmdə olan biri ilə et”.

 

86 yaşlı aktyor sözlərini belə davam etdirib: 

 

"Kişi aldadar! Bunu etməyən adam var ki? Fürsət tapacaq, amma etməyəcək. Kişilərə inanmayın. Biz üç dəfə ailə həyatı qurduq, iki dəfə boşandıq, amma xırda səbəblərə görə. Allah eləməsin, amma Beyhan indi ölsə, 20 yaşlarında birini alacam. Lazım olsa niyə də olmasın. Niyə yaraşmasın? 20 dedim, amma ona ilişməyin, 30-40 da fərq etməz”.


Türkan 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR