No Image
No Image

Madriddə güclü partlayış: 11 yaralı, 3 ölü

Madriddə güclü partlayış: 11 yaralı, 3 ölü
İspaniyanın paytaxtı Madrid şəhərində baş verən güclü partlayış nəticəsində 11 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə məlumat şəhərin Fövqəladə Hallar Nazirliyinin rəsmi tvitter səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, yaralı şəxslərə tibbi yardım göstərilib. On nəfərin xəsarəti yüngüldür, lakin bir nəfərin vəziyyəti ağırdır.

Bundan əvvəl, partlayış nəticəsində üç nəfərin öldüyü, bir şəxsin itkin düşdüyü bildirilmişdi.

Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb.

***
 
Madriddə baş verən partlayışda ölənlər və xəsarət alanlar var.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya paytaxtının mərkəzindəki partlayış nəticəsində ən azı altı nəfər yaralanıb, bir neçə nəfər həlak olub.



Turan Bank

OXŞAR XƏBƏRLƏR