Londonda meşəsi olan sabiq nazir haradadır?

Londonda meşəsi olan sabiq nazir haradadır?
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi… İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Sfera.az xəbər verir ki, Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihədə bu dəfə Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevdən bəhs edilib.

Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olub. 1980-cı ildə T.Şevçenko adına Kiyev Dövlət Unive.rsitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlayıb. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən "Xarici iqtisadi bank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən "Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunub. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olunub.

Evlidir, 1 övladı var. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin hazırda bizneslə məşğul olduğunu bildirilir. Onun Azərbaycanda və xaricdə biznesinin olduğu deyilir.

Bir müddət öncə mətbuatda belə bir məlumat yayıldı. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev İngiltərənin Uels əyalətində böyük bir meşəlik ərazini alaraq ekoturizm sektorunda da öz biznesini qurub.

Babayevlərin mülkü əyalətin kiçik Llanvrtyd qəsəbəsində Victoria Road yolu üstündəki "Victoria Wells Log Cabin Motel” ucsuz-bucaqsız ormanlıq sahənin şərq qurtaracağında meşə turizmi həvəskarlarının diqqətini çəkən məkanlardandır: Təsisata otel və çoxsaylı kotteclər daxildir.

Kompleks Emin Babayevin 2018-ci il noyabrın 6 da Britaniyada qeydiyyatdan keçirdiyi şirkəti üzərindən idarə olunur.

Emin Babayev poker həvəskarıdır. O, London kazinolarında poker oyunlarının aktiv iştirakçısıdır. Ən yüksək udduğu məbləğ 2018-ci ildə Londonda keçirilən poker oyununda 37 705 dollar olub.

Babayevlərin Avropadakı digər ailə şirkəti 2011-ci ildən Lüksemburqda fəaliyyət göstərir. Şirkətə Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva rəhbərlik edir.

Babayevlər Azərbaycanda "AB Standard” holdinqinin sahibidirlər.

 

OXŞAR XƏBƏRLƏR

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...