Lerikin 7 kəndi 5 gündür işıqsız qalıb? – “Azərişıq”dan açıqlama

Lerikin 7 kəndi 5 gündür işıqsız qalıb? – “Azərişıq”dan açıqlama
 Lerikin 7 kəndi 5 gündür elektriksiz qalıb.  
 

Sfera.az  rayon sakinlərinə istinadən xəbər verir ki, Lerikin Osyodərə kəndi daxil olmaqla, 7 kənddə fevralın 2-dən elektrik enerjisi yoxdur. Bununla bağlı müvafiq qurumlara edilən müraciətlərin də nəticəsi olmayıb. Sakinlər bildirir ki, 7 kəndin işıqsız qalmasına səbəb güclü külək nəticəsində elektrik dirəklərinin sıradan çıxmasıdır. Onlar deyirlər ki, elektrik dirəklərinin aşması üçün Lerikdə güclü küləyin olmasına gərək də yoxdur. "Sakit meh əsəndə də dirəklərin bir neçəsi sıradan çıxır. İllərdir bu problemi dilə gətiririk, amma baxan yoxdur”, - deyə sakinlər bildirir.

"Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Yenisabah.az-a bildirib ki, güclü küləklər nəticəsində Lerikin xeyli kəndində elektrik enerjisi ilə bağlı problem yaransa da, artıq aradan qaldırılıb.

"Çox kənddə bu problem var idi. Amma bu gün günorta saatlarından artıq qəza aradan qaldırılıb. Bilirsiniz ki, Lerik dağlıq ərazidir. Elə kəndlər var ki, dağın başındadır. Ona görə də orada iş görmək bir qədər çətindir. Lakin buna baxmayaraq qəza tam aradan qaldırılıb. Azərbaycan Əfqanıstan deyil ki, onun hansısa rayonunun kəndlərində 5 gün işıq olmasın", - deyə Tanrıverdi Mustafayev bildirib. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...