İmişlidə DƏHŞƏT: Kişini öldürüb evini yandırdılar
İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir. Sfera.az -ın APA-ya istinadla verdiyi məlumata görə, Qaradonlu kənd sakini, 69 yaşlı Sədrəddin Fərəcovun qətlə yetirildiyi, daha sonra evin yandırıldığı bildirilir. Məlumata görə, faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma gedir. Qeyd edək ki, İmişli rayon sakininə məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin