"Ağ şəhər"dəki məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu

"Ağ şəhər"dəki məşhur hoteldə ofisiant öldürüldü - İş yoldaşı tutuldu
Kateqoriya məlum deyil
T

Bakıda hoteldə qətl törədilib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 19 radələrində "Ağ şəhər" bulvarında yerləşən "Boulevard Hotel"də qeydə alınıb.

 

Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

 

Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

S.Manafov polis əməkdaşları tərəfindən tutulub.

 

Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

PAYLAŞ