Əri ondan xəbərsiz hesabından 300 min çıxarıb - Azərbaycanda
Ağdam rayon sakini Aynur Abdunova ondan xəbərsiz bank hesabından 300 min manata yaxın pul çıxaran ərindən boşanıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Sfera.az xəbər verir ki, "Qafqazinfo”ya müraciət edən A.Abdunova bildirib ki, 1996-cı ildə Vüqar Abdunovla evlənib və 3 uşağı var: "Bizim ailəvi biznesimiz var idi, oradan gələn qazancımı yığırdım ki, uşaqlarıma rahat gələcək verim. Ən böyük arzum o idi ki, oğlanlarım polis olsun, qızımın evi, maşını olsun. Bunları edəcək imkanımız