Azərbaycanda narkotikə görə həbs olunanların sayı
2019-cu ilin yanvar – iyun ayları ərzində Azərbaycanda qeydə alınmış 13 534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Trend-in məlumatına görə, həmin cinayətlərin 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə