“Nəvənin 200 min dollarlıq nəziri var” – Generala bu mesajı kim yazıb?
Baş Prokurorluğun generalının ailəsini ölümlə hədələyən dəstə üzvləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Sfera.az-ın məlumatına görə, kassasiya şikayətinə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 28, 120.2.1, 28, 120.2.5, 28, 120.2.7, 28, 120.2.11, 182.3.1, 182.3.2, 273-2-ci maddələri ilə təqsirli bilinən Zaur Zahir oğlu Hüseynov 13,5 il, onunla birlikdə həbs olunan Yüzbəyov Emil Ənvər oğlu 10,5 il, Yüzbəyov