Əli Heydərovun qatili tapançanı avtobusa tullayıb
Kriminal avtoritet "Albert Rıjiy”i öldürməkdə şübhəli bilinən şəxs cinayət yerindən avtobusda qaçıb. Sfera.az xəbər verir ki, bu barədə Mk.ru saytı yazıb. "26-cı saylı marşrut avtobusunun sürücüsü metronun "Sokol" stansiyası yaxınlığındakı axırıncı dayanacaqda növbəti reysdən sonra salona baxarkən, pəncərənin yanında, oturacağın arxasında tapança, patron darağı və patronlara bənzər əşyalar aşkar edib", — deyə məlumatda bildirilir. Qeyd olunur ki, şübhəli şəxs avtobusda gödəkçəsini sonradan